Livan müqaviməti: Müqavimət istədiyinə nail oldu

Livan müqaviməti: Müqavimət istədiyinə nail oldu

Livan Hizbullahının baş katibi Qəzza zolağında atəşkəs razılaşmasının Fələstin xalqı üçün bir uğur olduğunu, Qəzzənin fədakarlıqlarını tarixə yazılacağını vurğulayıb.

Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Şeyx Nəim Qasim bu gün (18 yanvar) deyib: Müqavimət və Fələstin xalqı İsrailin böyük planını məğlub etdi və istədiyinə nail oldu

Şeyx Nəim Qasim vurğulayıb: Tarix Qəzzanın fədakarlıqları və düşmən İsrailin planının   məğlubiyyətini qeyd edəcək. Sionist rejim daxilində ixtilaflar artır və yeganə çıxış yolu Fələstinin ilk sahiblərinə qaytarılmasıdır.

Livan Hizbullahının baş katibi həmçinin əlavə edib: Mən Livan hökumətindən sionist rejimin təcavüzləri ilə qətiyyətlə mübarizə aparmasını istəyirəm və bu məsələ davam etməməlidir. Livan atəşkəs razılaşması yalnız Litani çayının cənubuna aiddir. Allaha şükürlər olsun ki, bu məsələdən qürurla çıxdıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + 9 =