Fələstinli məcburi köçkünlər öz vətənlərinə qayıdır

Fələstinli məcburi köçkünlər öz vətənlərinə qayıdır

Atəşkəs razılaşmasının həyata keçirilməsindən sonra Qəzzadakı fələstinlilər İsrail rejiminin bombardmanları nəticəsində evlərinin dağıdılması, yaşayış şəraitinin olmaması və yolların blokadasına baxmayaraq, öz vətənlərinə qayıtmaqda qərarlıdırlar.

Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra evlərinə qayıdan Qəzza xalqının və İsrail rejiminin bombardmanları səbəbiylə yaşayış şəraitinin olmaması səbəbindən üzləşdikləri problemlərin görüntüləri yayımlanıb.

Bu xəbərə görə, fələstinlilər Qəzzada bircə ev belə qalmadığına, vəziyyətin həddən artıq pis olmasına baxmayaraq, vətənlərindən əl çəkməyəcəklərini və sıfırdan başlayacaqlarını və Qəzzanı əvvəlkindən daha yaxşı quracaqlarını vurğulayıblar.

Məcburi köçkün fələstinli qadınlardan biri deyib: Köçürülmə və işğalçı rejimə qarşı müqavimətin çəkdiyi ağrı və iztirablara baxmayaraq, sevindim, amma evimin tamamilə dağıldığını görəndə kədərləndim və ağladım. Çünki mənim və övladlarımla bağlı bütün xatirələr yoxa çıxdı. Onların bütün kitabları və paltarları evdə idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − eleven =