Bayden: Gələn həftə daha 4 girov azad ediləcək

Bayden: Gələn həftə daha 4 girov azad ediləcək

 ABŞ prezidenti Co Bayden 3 israilli qadın girovun azad edildiyini, daha dördünün isə gələn həftə azad ediləcəyini açıqlayıb.

Sizinyolun bu gün (19 yanvar) xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Co Bayden Qəzzada atəşkəs razılaşmasının əldə edilməsi ilə bağlı çıxışında deyib: Üç israilli qadın öz iradələrinə zidd olaraq 470 gün qaranlıq tunellərdə saxlanılıb. Digər dörd qadın isə 7 gündən sonra azadlığa buraxılacaq.

Məhbusların azad edilməsi şərtlərinə gəlincə, ABŞ prezidenti əlavə edib: Bundan sonra sazişin birinci mərhələsində hər 7 gündən bir Amerika vətəndaşı da daxil olmaqla daha üç məhbus azadlığa buraxılacaq.

Bayden administrasiyasının son günündə qüvvəyə minən razılaşma ABŞ prezidentinin may ayında təqdim etdiyi planın nəhayət reallaşdığına işarə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 4 =