3 israilli girov qadın Təl-Əvivə daxil oldu
İsrail ordusu bazar günü gecə Qəzzada əsir götürülən üç qadının Həmasla əsir mübadiləsi razılaşması çərçivəsində İsrailə təhvil verildiyini açıqlayıb.
Sizinyolun bu gün (19 yanvar) xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Netanyahunun ofisi də Romy Gonen, Emily Damaris və Doron Steinbracherin Tel Əvivə daxil olduğunu təsdiqləyib.
Qeyd edək ki, Qəzzada atəşkəs yerli vaxtla saat 08:30-da qüvvəyə minib. Qəzza zolağında saxlanılan girovların azad edilməsi və atəşkəs rejiminin tətbiqi ilə bağlı razılaşma çərçivəsində 90 fələstinli məhbusu azadlığa buraxıb.
Bildirilib ki, girovların təhvil verilməsi Qəzza şəhərindəki əs-Saraya meydanında baş tutub. BQXK İsraili “üç girov qadının vəziyyətinin yaxşı olduğu” barədə məlumatlandırıb.