Sionist analitik: Biz müharibədə məğlub olduq

Sionist analitik: Biz müharibədə məğlub olduq

İsrailin 14-cü televiziya kanalının hərbi analitiki sionist qadın məhbusların təhvil verilməsi ilə bağlı yayımlanan səhnələrə və Qəzza küçələrində müqavimət qüvvələrinin əzmkarlıqla dayanmasına işarə edərək bu müharibədə məğlub olduqlarını etiraf edib.

Sizinyolun xarici KİV-lərə istinadla verdiyi məlumata əsasən, Noam Amir dünən axşam (20 yanvar) deyib: Bütün bu səhnələr İsrail ordusunun öz məqsədlərinə çata bilməməsinin real sübutudur. Həmas Qəzzanın demək olar ki, tamamilə məhv edilməsinə və ordunun onların bütün imkanlarını məhv edəcəyinə dair vədlərinə baxmayaraq, təxminən 15 aylıq müharibə və görünməmiş zorakı əməliyyatlardan sonra öz varlığını və möhkəmliyini necə sübut edə bildi?

Sionist analitik davam edib: Ordu sözçüsü Daniel Haqari Qəzzənin dağıdılmasının görüntülərini göstərmək və onu qələbə obrazı kimi təbliğ etməkdə maraqlı idi. Amma Qəzzada qadın məhbusların təhvil verilməsi səhnəsi reallığın tamamilə fərqli olduğunun sübutu oldu.

Təhlilçi həmçinin əlavə edib: Baş verənlər Qəzzada missiyanın hələ bitmədiyini xatırlatmaqla yanaşı, hərbi və siyasi məğlubiyyətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − four =