Ermənistanın İran və Türkiyə ilə bağlı açıqlaması
Ermənistanın baş naziri Nikol Paşinyan “Ermənistanın İranla əlaqələri çox vacibdir. Biz Türkiyə ilə də diplomatik əlaqələr qurmaq üçün səy göstəririk” deyib.
Ermənistanın baş naziri Nikol Paşinyan “Regional güclərlə balanslı münasibətlərin qurulması üçün səylər göstərilir. Ermənistanın İranla əlaqələri çox önəmlidir. Türkiyə ilə də diplomatik əlaqələr qurmaq üçün səylər göstəririk” söyləyib.
Paşinyan “Avropa İttifaqına yaxınlaşmaq qərarına gəldik, lakin hər zaman İranla mövqeyimizi bölüşürük” deyərək, “Azərbaycanla sülh sazişi bağlamağa çalışırıq və təbii ki, bu asan deyil. Amma digər tərəfdən, bunun da mümkün olmadığını düşünmürəm.” ifadəsini işlədib.