HƏMAS dörd israilli qadın hərbçini Qırmızı Xaça təhvil verdi
Media mənbələri sionist rejimlə əsir mübadiləsinin ikinci mərhələsini həyata keçirmək üçün HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları tərəfindən dörd sionist qadın hərbçinin Qırmızı Xaç Komitəsinə təhvil verildiyini xəbər veriblər.
İzzəddin əl-Qəssam Briqadalarının döyüşçüləri bu gün Qəzzə şəhərinin mərkəzində Fələstin meydanında 4 sionist qadın hərbçi əsiri Qırmızı Xaç rəsmilərinə təhvil veriblər.
Bu sionist əsirlərin təhvil verilməsi Fələstin meydanında İzzəddin Əl-Qəssam Briqadaları və Saraya Əl-Qüds üzvlərinin iştirakı, eləcə də Fələstin vətəndaşlarının geniş iştirakı, Fələstin, HƏMAS və İslami Cihad hərəkatlarının bayraqlarının dalğalanması ilə baş tutub.