Livanın baş naziri İsrailin bu ölkənin cənubuna hücumlarını pisləyib
Livanın keçid jökumətinin Baş Naziri Nəcib Miqati çərşənbə axşamı axşam saatlarında İsrailin Livanın cənubuna hava hücumlarını kəskin şəkildə pisləyib.
Miqati bu hücumların Livanın suverenliyinin açıq şəkildə pozulması və atəşkəs razılaşmasının kobud şəkildə pozulması olduğunu vurğulayıb.
Livanın baş nazirinin kabineti elan edib ki, Miqati Livanda atəşkəs sazişinin icrasına nəzarət komitəsinin amerikalı rəhbəri Jasper Ceffers ilə telefon danışığında İsraili beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə məcbur etmək üçün qəti mövqe nümayiş etdirməyə çağırıb.