Hizbullahın açıq-aşkar xəbərdarlığı: İsrailə lazımi vaxtda cavab verəcəyik

Hizbullahın açıq-aşkar xəbərdarlığı: İsrailə lazımi vaxtda cavab verəcəyik

 Hizbullah fraksiyasının rəhbəri İsrail ordusunun Livanın cənubundakı Nəbatiyyəyə təcavüzünü kəskin şəkildə pisləyərək, beynəlxalq sükutun sionist işğalçıların hədsiz təkəbbürlülüyünə səbəb olduğunu, Livanlıların buna lazımi vaxtda cavab vermək hüquqlarından istifadə edəcəklərini açıqlayıb.

Sizinyolun xarici medialara istinadən verdiyi məlumata görə, Livan parlamentindəki Müqavimətə Sadiqlik fraksiyasının sədri Məhəmməd Rəəd dünən gecə (28 yanvar) Livanın cənubundakı Nəbatiyyəyə İsrail ordusunun vəhşicəsinə hücumuna cavab olaraq deyib: Sionist düşmənin Nəbatiyyənin şəhərlərinə qarşı xaincəsinə təcavüzü və Livanın cənubunda dünən gecə baş verən bombardman bu rejimin ölkəmizə, eləcə də xalqımıza qarşı intensiv təhdidlərinin yeni nümunəsidir.

Məhəmməd Rəəd əlavə edib: Beynəlxalq ictimaiyyətin qəsbkar sionist rejimin bu təcavüzlərinə dəfələrlə göz yumması bu rejimin bu gün bu təkəbbür və itaətsizlik səviyyəsinə çatmasına səbəb olub. Bu isə bizim və dünyanın bütün azad xalqlarının təcavüzə müqavimət göstərib mübarizə aparmaq üçün milli-mənəvi məsuliyyətimizi yerinə yetirmək üçün qanuni hüququmuza inamımızı daha da gücləndirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − one =