Ərbil Yəhud cümə günündən əvvəl azad ediləcək
Qətər Qəzzada əsir mübadiləsi və atəşkəs danışıqlarının ikinci raundunun başlanmasına hazırlıqların getdiyindən xəbər verib.
Sizinyolun xarici medialara istinadən verdiyi məlumata görə, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid Əl-Ənsari bu gün (28 yanvar) Dohada keçirdiyi mətbuat konfransında deyib: Şərtlər yerinə yetirilərsə, danışıqların başlanmasının irəli sürülməsi ehtimalı var.
Əl-Ənsari qeyd edib: İndiyə qədər razılaşmanın ciddi şəkildə pozulması baş verməyib və baş verənlər mübadilə planını pozmağa kifayət etmir.
Müqavimət mənbələrinin məlumatına görə, İsrailin daha əvvəl azadlığa buraxılmasını tələb etdiyi “Ərbil Yəhud” adlı israilli qadın məhbus daha iki israilli məhbusla birlikdə cümə günündən əvvəl sərbəst buraxılacaq.