COVID-19-dan ölüm riskini artıran xəstəliklər açıqlanıb

COVID-19-dan ölüm riskini artıran xəstəliklər açıqlanıb

London Universitet Kollecinin (UCL) və Qlazqo Universitetinin alimləri müəyyən ediblər ki, nadir xəstəlikləri olan insanlarda COVID-19-dan sonra ölüm riski daha yüksəkdir.

“Report” xəbər verir ki, tədqiqatın nəticələri “The Lancet Digital Health” jurnalında dərc edilib.

Araşdırmaçılar nadir xəstəliklərin yayılmasını və əlaqəli riskləri öyrənmək üçün genişmiqyaslı elektron tibbi qeydlərdən istifadə ediblər. Ümumilikdə 58 milyon insanın məlumatları təhlil edilib.

Alimlər müəyyən ediblər ki, nadir xəstəlikləri olan insanlarda koronavirusa yoluxduqda ölüm riski ümumi əhaliyə nisbətən təxminən beş dəfə daha yüksəkdir. Qeyd olunub ki, ölüm riski tam peyvənd olunmuş şəxslərdə də qalır.

Əlavə olaraq alimlər geniş yayılmış patologiyalar və COVID-19 keçirdikdən sonra ölüm ehtimalı arasındakı korrelyasiyanı təhlil ediblər. Bu riski ən çox artıran xəstəliklər arasında sonsuzluq və böyrək xəstəlikləri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 12 =