Avropa Troykası İsrailin UNRWA-ya qarşı qərarından narahatdır

Avropa Troykası İsrailin UNRWA-ya qarşı qərarından narahatdır

İngiltərə, Fransa və Almaniyanın xarici işlər nazirləri birgə bəyanatda İsrail rejiminin İsrail qurumları ilə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) arasında hər hansı əməkdaşlığı qadağan edən qanunu tətbiq etmək qərarı ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər.

Sizinyolun xarici medialar istinadən verdiyi məlumata görə, bu gün (31 yanvar) bir nüsxəsi Britaniya Xarici İşlər Nazirliyinin saytında dərc edilən bəyanatda üç ölkənin yüksək səviyyəli diplomatları İsrailin işğal olunmuş ərazilərdə həyati humanitar fəaliyyətləri təhlükə altına qoyduğunu və dayandırılması lazım olduğunu vurğulayıblar.

Bəyanatda deyilir: Biz, Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri, İsrail dövlət qurumları ilə UNRWA arasında hər hansı əlaqəni qadağan edən qanunun icrasından dərin narahatlığımızı bildiririk. Bu qanun həmçinin UNRWA-nın İsrail və Şərqi Qüdsdə olmasını qadağan edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + ten =