İtaliyada “DeepSeek”ə giriş bloklandı – SƏBƏB
İtaliyada Fərdi Məlumatların Mühafizəsi Təşkilatı (GPDP) Çinin süni intellekt proqramı “DeepSeek”ə girişi bloklayıb.
Qurumun “DeepSeek”ə giriş qadağası gətirməsinin səbəbi isə italyan istifadəçilərin məlumatlarını emal etməsinə mane olmaqdır.
“İtalyan istifadəçilərinin məlumatlarının qorunması üçün qəbul edilən qərar şirkətlərdən alınan məlumatların tamamilə qeyri-adekvat olduğu aşkar edildikdən sonra bu gün qüvvəyə minib”, – deyə məlumatda bildirilir.