Qahirədə Qəzza və UNRWA ilə bağlı ərəb sammiti işə başlayır
Bu gün BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) necə yardım göstəriləcəyi məsələsinin müzakirəsi məqsədilə Qahirədə ərəb sammiti keçiriləcək.
Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, bu gün (1 fevral) xəbər mənbələri Misirin ev sahibliyi ilə bu görüşün keçiriləcəyini elan ediblər. İclasda İordaniya, Misir, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-nin xarici işlər nazirləri, Ərəb Liqasının baş katibi və Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsinin katibi Hüseyn Əl-Şeyx iştirak edəcək.
Xəbər mənbələri bildirib ki, görüşdə Qəzza zolağında atəşkəsin stabilləşdirilməsi üçün regional inkişaflar və səylər, Qəzzə üzrə davamlı humanitar yardım axını və UNRWA agentliyinin öz vəzifələrini yerinə yetirə bilməsi üçün dəstəklənməsi müzakirə ediləcək.