Netanyahu Təhlükəsizlik Kabinetinin iclasını çağıracaq

Netanyahu Təhlükəsizlik Kabinetinin iclasını çağıracaq

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-dən qayıtdıqdan sonra Qəzza zolağı üzrə razılaşmanın ikinci mərhələsi ilə bağlı ölkənin mövqeyini müzakirə etmək üçün Təhlükəsizlik Kabinetinin iclasını çağıracaq.

“Report” xəbər verir ki, bu barədə TASS Baş nazirin dəftərxanasının bəyanatına istinadən məlumat yayıb.

“Netanyahu ABŞ-dən qayıtdıqdan sonra Qəzza zolağı ilə bağlı razılaşmanın ikinci mərhələsinə dair İsrailin ümumi mövqelərini müzakirə etmək üçün Təhlükəsizlik Kabinetinin iclasını çağıracaq. Bu mövqelər danışıqların gedişatını müəyyən edəcək”, – dəftərxanadan bildirilib.

Qeyd olunub ki, Netanyahu Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşüb.

“Görüşün yekunlarına əsasən, İsrail Qəzzada atəşkəs sazişinin davam etdirilməsi ilə bağlı texniki detalları müzakirə etmək üçün bu həftənin sonunda Dohaya işçi nümayəndə heyəti göndərməyə hazırlaşır”, – bəyanatda bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × one =