Fələstin Mücahidləri Hərəkatı Avstraliyanın Şeyx Nəim Qasimə qoyulan sanksiyanı pisləyib

Fələstin Mücahidləri Hərəkatı Avstraliyanın Şeyx Nəim Qasimə qoyulan sanksiyanı pisləyib

Fələstin Mücahidləri Hərəkatı Avstraliya hökumətinin Livan Hizbullah hərəkatının baş katibinə qarşı sanksiya qərarını pisləyərək bunu Qərbin ikili siyasətinin göstəricisi olduğunu deyib.

Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Fələstin Mücahidləri Hərəkatı bu gün (4 fevral) bir bəyanatda Avstraliya hökumətinin Şeyx Nəim Qasimə qarşı sanksiya qərarına reaksiya olaraq vurğulayıb: Qərb rejimlərinin bu yeni qərarı bir ölkənin ədalətsiz ikili siyasətini əks etdirir.

Bəyanatda deyilir: Avstraliya hökumətinin bu qərarı, Qərbin faşist sionist rejiminə dəstək məqsədi ilə müqavimət qruplarını mühasirəyə almaq, onları terrorçular siyahısına daxil etmək planına uyğundur. Bu isə sözün əsil mənasında sionistlər və onların dünyadakı lobbilərinin Qərbə nüfuzundan irəli gəlir.

Müqavimətin soyqırım müharibəsi qarşısında insan ləyaqətini müdafiə etmək üçün qanuni bir haqq və milli bir vəzifə olduğuna diqqət çəkən bəyanatda əlavə edilib: Avstraliya hökuməti bu sanksiya əvəzinə işğalçı rejimin kütləvi qətl, vəhşicəsinə cinayət törətməkdə məsuliyyət daşıması, etnik təmizləmə, qadınlara və uşaqlara qarşı cinayətlərinə baxsaydı, yaxşı olardı. Çünki çıxış yolunu sanksiyada görürsə, onda Qəzza zolağındakı bütün fələstinliləri terror siyahısına salmalı və onlara sanksiya qoymalı olacaq. Ona görə ki, Fələstin xalqı öz hüquqlarından bir addım da geri çəkilməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − 13 =