Netanyahudan Trampa maraqlı HƏDİYYƏ – Qızıl PEYCER
![Netanyahudan Trampa maraqlı HƏDİYYƏ – Qızıl PEYCER](https://sizinyol.org/wp-content/uploads/2025/02/c9681c13b376cd388fb6960505cc1486.jpg)
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Trampa qeyri-adi bir hədiyyə təqdim edib.
Musavat.com xəbər verir ki, baş nazir Trampa qızılla örtülmüş peycer hədiyyə edib.
Bu jest aydın şəkildə İsrailin xüsusi xidmət orqanlarının “Hizbullah” hərəkatına qarşı apardığı xüsusi əməliyyatı xatırladır.
Hədiyyəni qəbul edən Tramp əməliyyata heyran olduğunu bildirib: “Bu, möhtəşəm bir əməliyyat idi”.
Xatırladaq ki, sentyabrın 17-18-də Livanda rabitə qurğularının partlaması nəticəsində 37 nəfər ölüb, 3 mindən çox insan yaralanıb. “Hizbullah” və Livan baş verənlərə görə məsuliyyəti İsrailin üzərinə qoyub.
Musavat.com