Həmas: Trampın planının sonu yoxdur

Həmas liderlərindən biri Trampın fələstinlilərin məcburi köçürülməsi planını rədd edərək, Trampın planının həyata keçməyəcəyini, Fələstin xalqının bu planı zərərsizləşdirərək onu məğlub edəcəyini vurğulayıb.
Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumatına görə, Həmas lideri Sami Əbu Zohri bu gün (5 fevral)deyib: Əgər Vaşinqton Trampın planını həyata keçirmək istəsə, bütün regionla qarşıdurmaya məruz qalacaq.
Əbu Zuhri planı irqçi və etnik təmizləmə adlandıraraq eyni zamanda Trampın öz “absurd planından” geri çəkiləcəyinə və Fələstin xalqının öz torpaqlarından didərginlik istəmədiyini anlayacağına ümid etdiyini bildirib.