Qallant: Netanyahu Hizbullahla qarşıdurmadan qorxur

İsrailin keçmiş müharibə naziri 12-ci kanala müsahibəsində baş nazirin Hizbullahla qarşılaşmaqdan qorxduğunu və belə bir qarşıdurmanın Təl-Əvivin məhvinə səbəb ola biləcəyinə inandığını deyib.
Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumatına görə, Netanyahu tərəfindən vəzifəsindən uzaqlaşdırılan və yerinə İsrail Katz gətirilən Yoav Qallant dünən axşam (5 fevral) deyib: 7 oktyabr 2023-cü il hücumundan sonra Netanyahu ilə görüşdüm. O, Qəzzaya qurudan hücum ediləcəyi təqdirdə minlərlə İsrail əsgərinin öldürüləcəyindən qorxduğunu söylədi. Netanyahu Hizbullah qorxusundan da danışdı. O, mənə Təl-Əvivdəki ofisinin ətrafındakı binaları göstərdi və dedi: Bunları görürsən? Bütün bunlar Hizbullahın imkanları ilə məhv ediləcək. Biz onlara hücum etdikdən sonra gördüyünüz hər şey məhv olacaq.
Qallant davam edib: Baş nazir Təl-Əvivdə ikinci və ya üçüncü mərtəbədəki ofisinin pəncərəsindən görünən bütün binalar haqqında danışdı və Hizbullah ilə münaqişənin nəticələrindən narahatlığını ifadə etdi.