Ərdoğan: Trampın Qəzza ilə bağlı təklifini müzakirə dəyəri yoxdur

Ərdoğan: Trampın Qəzza ilə bağlı təklifini müzakirə dəyəri yoxdur

Türkiyə prezidenti ABŞ-ın yeni administrasiyasının Qəzza ilə bağlı bəyanatlarının “diqqətə və müzakirəyə layiq olmadığını” vurğulayıb.

Sizinyolun bu gün (11 fevral) xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Rəcəb Təyyib Ərdoğan Malayziya, İndoneziya və Pakistana səfərləri əhatə edən “Asiya turu”ndan əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib: İsrail lobbisinin təzyiqi altında Qəzza ilə bağlı ABŞ-ın yeni administrasiyasının gündəmə gətirdiyi təkliflər tamamilə absurddur və müzakirə etməyə dəyməz.

ABŞ prezidenti Donald Trampın Qəzza zolağından fələstinlilərin mümkün köçürülməsi ilə bağlı son açıqlamalarına reaksiya verən Ərdoğan Qəzza xalqının Qəzzada yaşamağa davam edəcəyini bildirib.

Türkiyə prezidenti deyib: Qəzzə xalqını min illik və dəyişməz vətənindən qovmağa heç kimin gücü çatmaz. Fələstin Qəzza, İordan çayının qərb sahili və Şərqi Qüdslə birlikdə fələstinlilərə məxsusdur. 471 gündür ki, hər cür vəhşiliyə, cinayətə, İsrailin hücumlarına baxmayaraq torpaqlarını tərk etməyən Qəzza xalqı Qəzzada qalmağa, Qəzzada yaşamağa və Qəzzanı müdafiə etməyə davam edir.

Ərdoğan: Trampın Qəzza ilə bağlı təklifini müzakirə etməyə dəyməz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − 10 =