Fələstin Müqavimət Komitələri: Trampın illüziyaları bitmir

Fələstin Müqavimət Komitələri bəyanat yayaraq, ABŞ prezidenti Donald Trampın Qəzza zolağı sakinlərinin didərgin salınması ilə bağlı fikirlərinin onun illüziyalara və xurafatlara qərq olmasına işarə olduğunu açıqlayıb.
Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Fələstin Müqavimət Komitələri bəyanatda deyilir: Bu sözlər dünya xalqlarına təkəbbür rakursundan baxan bütün Amerika hökumətlərinin çirkin, iyrənc və cinayətkar simasını əks etdirir. Qəzza torpağı minlərlə şəhid və yaralının qanına boyanıb. Bu torpaq satılıq deyil, bu torpaq işğalçılar və təkəbbürlü dövlətlər üçün həmişə qəbiristanlıq və cəhənnəm olub və olacaq.
Bəyanatda əlavə olunur: Cinayətkar Trampın Qəzza zolağı və sakinlərinin didərgin düşməsi ilə bağlı dəfələrlə açıqlamaları onun cəhalətinin və illüziya, mütləq hegemonluq ilğımına qərq olmasının əlamətidir. Bu hegemon Fələstin xalqının mətanəti və öz torpaqlarında sabitliyi qarşısında çöküb.