Ənsarullah Amerika-sionistlərin Məkkə və Mədinəyə dair planını açıqladı

Ənsarullah Amerika-sionistlərin Məkkə və Mədinəyə dair planını açıqladı

Yəmən Ənsarullah hərəkatının lideri ABŞ dəniz piyadalarının ölkədən qaçmasının ildönümü münasibətiə çıxışında Amerikanın hökmranlığı altında olan heç bir xalqın azad ola bilməyəcəyi və təkcə Məscidül-Əqsa deyil, həm də Məkkə və Mədinənin də amerika-Sionist layihəsinin bir hissəsi olduğunu deyib.

Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Əbdülməlik Bədrəddin əl-Husi bu gün (12 fevral) deyib: ABŞ dəniz piyadalarının Sənadan rüsvayçı şəkildə qaçması ilə Yəmənin əziz müsəlman xalqı üçün böyük qələbə qazandığı üçün Allaha şükür edirik. ABŞ dəniz piyadalarının Sənadan qaçması Allahın böyük lütfü, böyük qələbəsi və Yəmən xalqı üçün böyük nailiyyətdir. Onların qaçması Amerika layihəsinin ölkəmizə tam hökmranlıq edə bilməməsinin və onun gətirdiyi bütün nəticələrin əlamətidir.

Əl-Husi əlavə edib: ABŞ dəniz piyadalarının Sənadan qaçması 21 sentyabr inqilabının mühüm və böyük bəhrələrindən biri idi və Amerikanın nəzarətindən azad olmaq bizim sevimli millətimizin insan ləyaqətini qorumasından irəli gəlir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − two =