Ben Qvir: Biz düşünülməmiş razılaşma və qorxaq hökumət qarşısındayıq

Yəhudi Gücü partiyasının rəhbəri və sionist rejimin istefa vermiş daxili təhlükəsizlik naziri İtamar Ben-Qvir düşünülməmiş bir razılaşma və qorxaq hökumətlə qarşı-qarşıya olduqlarını deyib.
Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Netanyahunun kabinetinin üzvü olan və Həmasla atəşkəs razılaşmasına görə Bibi kabinetindən istefa verən Ben-Qvir dünən (12 fevral) deyib: Trampın cəhənnəm qapılarının açılmasında bizə dəstək verməsindən sonra Həmas məhbuslarını azad etməzsə, hökumət tarixi fürsəti əldən vermiş olar. Hökumət yalnız üç məhbusla kifayətlənmək niyyətindədir. Bunun müqabilində yüzlərlə fələstinli məhbus azad olunacaq və Qəzzaya yardımlar artacaq. Biz tələsik və düşünülməmiş razılaşma və qorxaq hökumətlə üz-üzəyik.
İsrail rejiminin istefa vermiş daxili təhlükəsizlik naziri bundan əvvəl Qəzza zolağının sakinlərinin qonşu ölkələrə köçürülməsi planının tezliklə həyata keçirilməsini istəmişdi.
Ben-Qvir deyib: Mən Qəzzalıların təcili təxliyəsinə başlamağa çağırıram. Tramp deyir ki, vaxt var, lakin İsrailin maraqları gecikməyə imkan vermir.