Əbu Zuhri: Həmas şənbə günü heç vaxt bütün məhbusları azad etməyəcək

Həmas hərəkatının lideri sazişin icrasına sadiq qaldıqlarını və gələn şənbə bütün məhbusları azad etməyəcəklərini deyib.
Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Sami Əbu Zuhri bu gün (12 fevral) Əl-Cəzirə telekanalına müsahibəsində vurğulayıb: Trampın bəyanatları gərginliyə və işğalçıların müqavilədəki öhdəliklərinə əməl etməməsi səbəb olub. İsrailin müharibə nazirinin müharibənin yenidən başlaması ilə bağlı açıqlamaları axmaq və əhəmiyyətsizdir. Bundan əlavə Trampın hədələri dəyərsizdir və bizi qorxutmur.
Əbu Zuhri əlavə edib: Misir və Qətər razılaşmanın uğurlu olması üçün çox səy göstərmiş, digər tərəfdən də işğalçıların öz öhdəliklərinə sadiq qalmasına çalışmışlar. Fələstinlilərin qovulması planına qarşı çıxan rəsmi ərəb mövqelərini yüksək qiymətləndiririk.