Çinin dağ çaylarında naməlum balıq aşkarlandı Fevral 12, 2025 - 23:36 Maraq dünyası Çinli tədqiqatçılar Tszyansi əyalətində əvvəllər elmə məlum olmayan qəribə balıq növü aşkar ediblər.Yeni balığa Niwaella tiqrin adı verilib.O, öz qohumlarından özünəməxsus bədən rəngi ilə fərqlənir. Belə ki, onun belində və bədəninin yuxarı yan hissəsində 20-25 eninə qara zolaq yerləşir.Alimlərin fikrincə, bu balıq sürətli axınları və çınqıllı dibi olan təmiz dağ çaylarında yaşayır.