Həmas rəsmisi: Rusiyanın Donbasslı məhbusu azad etmək tələbi hərəkat üçün maraq doğurdu

Həmas siyasi bürosunun sədr müavini Rusiyanın Donbas əsilli Maksim Xarkinin azadlığa buraxılması tələbinin hərəkatın təəccübünə səbəb olduğunu deyib.
Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Musa Əbu Mərzuk bu gün (15 fevral) Rusiyanın “Tass” xəbər agentliyinə müsahibəsində deyib: Biz hal-hazırda Qəzza zolağında Həmasla İsrail rejimi arasında atəşkəs razılaşmasının ikinci mərhələsinə daxil olan məhbusların azad edilməsi ilə bağlı məlumatı açıqlaya bilmərik. Amma danışıqlar yekunlaşdıqdan və ikinci mərhələ başlayandan sonra Rusiyanın Maksim Xarkinin azad edilməsi barədə müraciətinə mütləq baxacağıq.
Əbu Mərzuk həmçinin bəyan edib ki, Rusiya-İsrail vətəndaşı Aleksandr Turbanov Rusiya prezidenti Vladimir Putinə hörmət əlaməti olaraq, atəşkəs razılaşmasının ikinci mərhələsində deyil, birinci mərhələsində azad olunacaq.