Həmas: Razılaşmanın həyata keçirilməsi üçün İsrail rejimindən yeni zəmanətlər aldıq

Həmas: Razılaşmanın həyata keçirilməsi üçün İsrail rejimindən yeni zəmanətlər aldıq

 Həmas hərəkatının sözçüsü İsrail rejimindən atəşkəs razılaşmasının icrasını davam etdirmək və məhbusları azad etmək üçün yeni zəmanətlər aldıqlarından xəbər verib.

Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Həmas sözçüsü Hazem Qasim bu gün (15 fevral) Əl Cəzirə telekanalına müsahibəsində deyib: Biz razılaşmanı dəyişmədən həyata keçirməyə çalışırıq və nə qədər təzyiq olsa da, heç bir dəyişikliyə icazə verməyəcəyik. Həmas atəşkəs razılaşmasına sadiqdir və onun bütün mərhələlərini müəyyən edilmiş cədvəllərə uyğun həyata keçirir.

Həmas sözçüsü bildirib: Sionist rejim həmişəki kimi gecikdirmə siyasətini davam etdirsə də biz onlardan tələb olunanı həyata keçirməyə məcbur etdik.

Hazem Qasim Qətər və Misirdəki vasitəçilərin humanitar protokolun həyata keçirilməsi üçün ABŞ hökuməti ilə əlaqə saxladığını bildirərək deyib: Həmasın tələbləri şəffafdır, işğalçı rejim tərəfindən razılaşmanın həyata keçirilməsini ehtiva edir və biz buna nail olmaq üçün yeni zəmanətlər almışıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 4 =