Bin Zaidin Trampa sarsıdıcı cavabı

Bin Zaidin Trampa sarsıdıcı cavabı

BƏƏ prezidenti Trampın fələstinliləri didərgin salmaq planı ilə bağlı mövqeyini açıqlayıb.

Sizinyolun xarici medialara istinadən verdiyi məlumata əsasən, Məhəmməd bin Zaid Əl Nəhyan bu gün (19 fevral) ABŞ dövlət katibi Marko Rubio ilə görüşü zamanı ölkəsinin fələstinlilərin didərgin salınmasına qarşı olan ardıcıl və qəti mövqeyini vurğulayıb.

Bu görüş zamanı iki ölkə arasında ortaq maraq doğuran regional və beynəlxalq məsələlər və Yaxın Şərqdə baş verən hadisələr, xüsusilə Fələstində baş verən hadisələr də müzakirə edilib və fikir mübadiləsi aparılıb.

Bin Zaid deyib: BƏƏ-nin Fələstin xalqını öz torpaqlarından didərgin salmaq cəhdinə qarşı mövqeyi tutarlıdır.

BƏƏ prezidenti həmçinin Qəzza zolağının yenidən qurulmasının iki dövlətli həll yoluna əsaslanan hərtərəfli və davamlı sülhə gətirib çıxaran proseslə əlaqələndirilməsinin, regional sülhə təhlükə yaradan münaqişənin regionda yayılmasının qarşısının alınması üçün tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × two =