Netanyahudan Tulkerimə basqın açıqlaması

İsrailin baş naziri Benyamin Netanyahu əsgərlərin müşayiəti ilə İordan çayının qərb sahilinin şimalında yerləşən Tulkerim qaçqın düşərgəsindəki fələstinlilərin evinə daxil olub.
İsrailin Baş Naziri Binyamin Netanyahu əsgərlərin müşayiəti ilə bu gün İordan çayının qərb sahilində yerləşən Tulkerim qaçqın düşərgəsində fələstinlilərə məxsus evə daxil olub.
KAN, Netanyahunun İsrail əsgərləri ilə evin içində çəkdirdiyi fotonu paylaşıb.
Netanyahunun basqını İsrailin müdafiə naziri İsrael Katzın bölgəyə səfəri zamanı eyni evə daxil olmasından bir neçə saat sonra baş verib.
Kadrlarda İsrail əsgərlərinin evin divarlarından birində İsrail bayrağı asdığı da görünür.
Netanyahu ötən gün İsraildə avtobusları vuran silsilə partlayışlardan sonra İordan çayının qərb sahilində yeni hərbi əməliyyata başladığını da açıqlayıb .
Cümə axşamı günü Təl-Əviv yaxınlığındakı Bat Yam və Holonda avtobuslara yerləşdirilən bir neçə partlayıcı qurğu işə salınaraq yanğınlara səbəb olub, lakin xəsarət alan olmayıb. İsrail polisi hələlik hücumlara görə məsuliyyəti heç bir Fələstin qrupuna aid etməyib.
“Biz bütün küçələri dağıdırıq, yaraqlıları məhv edirik və mən İordan çayının qərb sahilində əlavə hərbi əməliyyatlarla yanaşı, əlavə qüvvələrə əmr verdim”, – deyə Netanyahu Tulkərimdən öz ofisi tərəfindən yayımlanan bəyanatında bildirib.
Netanyahu əlavə edib ki, hərbi əməliyyat Fələstin silahlı qruplarının infrastrukturunu dağıtmaq məqsədi daşıyır.
İsrail qüvvələri iki aya yaxındır ki, İordan çayının qərb sahilinin şimalındakı qaçqın düşərgələrində, xüsusilə Cenin, Tulkerim və Tubasda hərbi əməliyyatlar aparır.
Bu gün səhər saatlarında İsrail ordusu Netanyahunun “güclü əməliyyat” direktivindən sonra İordan çayının qərb sahilinə daha üç batalyon yerləşdirdiyini açıqlayıb.