Netanyahu İordan çayının qərb sahilində genişmiqyaslı əməliyyat əmri etdi

Binyamin Netanyahu avtobusun partladılmasından sonra işğalçı İsrail ordusuna İordan çayının qərb sahilində böyük əməliyyata başlamağı əmr edib.
Sizinyolun xarici medialara istinadən verdiyi məlumata əsasən, bu əmr dünən gecə (20 fevral) üç avtobusun içərisinə bomba qoyularaq partladılmasından sonra verilib.
İsrailin Ordu Radiosu həmçinin işğalçı ordunun İordan çayının qərb sahilindəki mövcud qüvvələrinə üç yeni batalyonun əlavə ediləcəyini bildirib.
Qeyd edək ki, ötən gecə Tel-Əviv və onun ətrafında silsilə partlayışlar və əldəqayırma bombaların aşkarlanması israillilər arasında çaxnaşma və qorxuya səbəb olub.
İsrail mediası Təl-Əvivin cənubundakı Bet Yam şəhərində üç avtobusda partlayışların baş verdiyini bildirib və polis qüvvələrinin bombalanmış daha iki avtobusu müəyyən edib zərərsizləşdirdiyini açıqlayıb. Daha bir bomba Patek Tikvah şəhərindəki Rakel Jabotinsky stansiyasında tapılıb.
Məlumata görə, partlayıcı paketlərin yanından tapılan kağızda “Tülkərimin intiqamı” yazılıb. Bu vəziyyət sözügedən əməliyyatların İordan çayının qərb sahilindəki müqavimət döyüşçüləri tərəfindən planlaşdırıldığı ehtimalını gücləndirir.