Bu halda istefa verə biləcəyini bəyan etdi

“Sülh üçün lazım gələrsə, prezidentlik postundan istefa verə bilərəm”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
O, həmçinin keçirdiyi mətbuat konfransında ABŞ və NATO ilə bağlı açıqlamalar da verib.
Ukraynada sülhü təmin etmək üçün prezidentlikdən istefa verməyə hazır olduğunu bildirən Zelenski, belə bir fürsət olarsa, NATO-ya üzvlük müqabilində istefa verə biləcəyini deyib.