Qalibaf: İran Livanda konsensusu dəstəkləyir

Qalibaf: İran Livanda konsensusu dəstəkləyir

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf livanlı həmkarı Nəbih Berri ilə görüşdə deyib: İran İslam Respublikası Livan hökuməti, parlamenti və müqaviməti tərəfindən yekdilliklə qəbul edilən istənilən qərarı dəstəkləyir.

İran parlamentinin sədri Livan parlamentində Nəbih Berri ilə görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada əıavə edib: “Bu gün biz yüksək səviyyəli nümayəndə heyətinin başçılığı ilə Hizbullahın iki keçmiş baş katibi Seyid Həsən Nəsrullah və Seyid Haşim Safiyəddinin dəfn mərasimində iştirak etmək üçün Livana səfər etdik”. 

Məhəmməd Baqir Qalibaf qeyd edib ki, bu mərasim Livan xalqının Hizbullaha və Seyid Həsən Nəsrullah və şəhid Səfiyəddinə olan məhəbbətinin nişanəsi idi. Şəhid Nəsrullah Livan xalqı və İslam dünyası üçün qürur mənbəyi idi. Beyrutdakı mərasimdə yüz minlərlə insan iştirak edirdi. Mərasimdə birbaşa iştirak edə bilməyən milyonlarla insanın da qəlbi bu mərasimlə idi və bu, müqavimətin insanların ruhunda və həyatında əhəmiyyətini və mövqeyini göstərir.

İran parlamentinin sədri davamında deyib: “Bu səfər zamanı, həmçinin bir sıra Livan rəsmiləri ilə görüşlərim oldu. Ümid edirəm ki, Livanda yeni hökumətin işə başlaması və təhlükəsizliyin bərqərar olması ilə eyni zamanda baş tutan bu səfər iki dost və qardaş ölkə arasındakı əlaqələrdə təsirli olacaq”. 

Qalibaf İran İslam Respublikasının Livanda davamlı təhlükəsizlik üçün zəruri olan hökuməti, xalqı və müqaviməti tərəfindən yekdilliklə verilən istənilən qərarın yanında olacağını vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + ten =