Sionist rejim qırıcıları Suriyada vəzi əraziləri bombalayıblar

Xəbər mənbələri bildiriblər ki, sionist rejim qırıcıları Dəməşqin cənubunda və Dəra vilayətində yerləşən bəzi əraziləri hədəfə alıblar.
Suriya mediası sionist rejim qırıcılarının Rif Dəməşq və Dəra əyalətlərindəki hədəfləri bombaladığını açıqlayıb.
Bu KİV-in məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri paytaxtın cənub-qərbindəki əl-Kusvəh bölgəsində Suriya ordusunun 1-ci diviziyasının qərargahını dörd dəfə bombalayıb.
Əl-Məyadin müxbirinin sözlərinə görə, sionist rejimin Suriyanın cənubuna qarşı quru təcavüzü Bəşər Əsəd rejiminin devrilməsindən indiyədək ən genişmiqyaslı təcavüz olub.