Sistan və Bəlucistanda terrorçu qruplaşmaya məxsus silah və partlayıcı maddələr aşkar edilib

Sistan və Bəlucistanda terrorçu qruplaşmaya məxsus silah və partlayıcı maddələr aşkar edilib

Sizinyolun xarici medialara istinadən verdiyi məlumata əsasən, Sistan və Bəlucistan Baş Kəşfiyyat İdarəsi bildirib: “Baş Kəşfiyyat İdarəsinin İmam Zaman (əc) naməlum əsgərləri kəşfiyyat araşdırmalarından sonra vilayətdə terrorçu qruplaşmanın gizlətdiyi silah və partlayıcı maddələri aşkar ediblər.”

Sistan və Bəlucistan Baş Kəşfiyyat İdarəsi bəyanat yaydığı məlumatda bildirib: “Baş Kəşfiyyat İdarəsinin İmam Zaman (ə) naməlum əsgərləri kəşfiyyat araşdırmalarından sonra vilayətdə terrorçu qruplaşmanın gizlətdiyi silah və partlayıcı maddələri aşkar edərək müsadirə ediblər.”

“Bu əməliyyatda bölgədə fəaliyyət göstərən təkfirçi terror qruplaşmasına aid yüngül və yarı ağır döyüş silahları və partlayıcı maddələr olan 4 anbar aşkar edilərək ələ keçirildi”, məlumatda qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 − two =