Hizbullah: Livan Amerika və İsrail üçün arenaya çevrilməyəcək

Hizbullah: Livan Amerika və İsrail üçün arenaya çevrilməyəcək

 Hizbullah nümayəndəsi müqavimətin meydanda mövcud olduğunu bildirərək Livanın heç vaxt Amerika və sionist rejimin meydanına çevrilməyəcəyini, bu rejimin təcavüzü və işğalına görə məsuliyyətini yerinə yetirməyə borclu olduğunu vurğulayıb.

 Sizinyolun xarici medialara istinadən verdiyi məlumata əsasən, Livan parlamentindəki Müqavimətə Sadiqlik Fraksiyasının yüksək səviyyəli nümayəndəsi İhab Həmədəbu gün (1 mart) deyib: Livan heç vaxt İsrail və Amerikanın arenasına çevrilməyəcək. Biz öz arzu və istəklərimiz baxımından deyil, Allaha təvəkkül və sionist düşmənlə qarşıdurmada malik olduğumuz güc prizmasından danışırıq. Müqavimət güclü olaraq qalır və hüququ olanlar son nəticədə qalib gələcək.

O əlavə edib: Sionist düşmən günahsız mülki insanları hədəfə alaraq, Livan torpaqlarında işğal və təcavüzünü davam etdirməklə və sanki ölkəmizi nəzarətə götürmüş kimi davranmaqla özünü nümayiş etdirir. Odur ki, biz bir daha hökuməti öz öhdəliklərini üzərinə götürməyə və atəşkəs razılaşmasını dəstəkləyən və təminat verən tərəflərə təzyiq göstərərək işğalçı rejimi təcavüzləri və sazişin pozulmasını dayandırmağa məcbur etməyə çağırırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 1 =