Sionist hərbçilər Quneytrada yeni qəsəbəyə daxil olub – “Əl-Colani” qüvvələri haradadır?

Sionist hərbçilər Quneytrada yeni qəsəbəyə daxil olub – “Əl-Colani” qüvvələri haradadır?

Sionist rejim Dəməşqin yeni hakimiyyətinin sükutunun sayəsində Quneytra vilayətində irəliləyişini davam etdirərək, Suriyanın cənubunda yerləşən bu əyalətdə yeni bir qəsəbəyə daxil olub.

Sionist qüvvələr Suriyanın cənubunda hərəkətlərini davam etdirərək son təcavüzlərində Quneytranın yaxınlığındakı “Beer əl-Əcəm” qəsəbəsinə daxil olublar.

Sionist hərbçilər hərbi texnika və ağır silahlarla bu əraziyə daxil olublar, bu yeni təcavüzün səbəbi müəyyən edilməyib.

  Bu yeni pozuntu bu hərbçilərin Quneytranın cənub ətraflarında yerləşən Suisə qəsəbəsindən Rəsm əl-Münbətəh və əl-Dəvaya əl-Kəbirə kəndlərinə daxil olduqdan bir neçə saat sonra baş verdi və bu, Suriya suverenliyinin tez-tez pozulması silsiləsinə əlavə edildi.

Quneytra əyalətindəki Xan Ərnəbə kəndinin muxtarı İbrahim Əl-Caridə deyib: İsrail əsgərləri adətən qaranlıqda içəri girirlər. Uzun saatlarla elektrik kəsilməsi onların içəri girməsini asanlaşdırır, xüsusən də işıqlandırma sistemi aktiv olmadığından və insanlar gecələr çölə çıxmaqdan qorxduqları üçün.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 1 =