Həmas-ABŞ birbaşa danışıqları bu dəfə Qahirədə keçirildi

Həmas-ABŞ birbaşa danışıqları bu dəfə Qahirədə keçirildi

Amerikalı əsirlərin azad olunması zəminində ABŞ-Həmas danışıqları barədə xəbərlərin ardınca bu dəfə Misir və Qətərin vasitəçiliyi ilə Qahirədə birbaşa müzakirələr barədə informasiyalar yayımlanıb.

Sizinyolun xarici medialara istinadən verdiyi məlumata əsasən,  ABŞ prezidenti Donald Trumpın Orta Şərqdəki nümayəndəsi Stiv Vinkoff dünən axşam (5 mart) Həmas liderləri ilə birbaşa görüşüb müzakirələr aparıb.

Məlumata görə atəşkəs razılaşmasının ikinci mərhələsinə daxil olan danışıqların gedişatını müsbət dəyərləndirilib. Amma bir sionist məmur “Danışıqların ikinci mərhələsi üçün heç bir irəliləyiş tanımırıq” – deyə bu xəbərlərə etiraz edib.

Digər bir xəbərə əsasən, Stiv Vitkoff bu həftə Qətərin baş naziri ilə görüşmək üçün Dohaya gedəcəkmiş. Amma gecə saatlarında Həmas hərəkatı ABŞ-ın tələblərinə cavab vermədiyi üçün bu səfər ləğv olunub.

Qeyd edək ki, sionist rejim ABŞ-Həmas birbaşa danışıqlarına narazılığını bildirsə də danışıqlar Misirdə baş tutmuşdu. Bu danışıqlar yolu ilə Tramp Fələstin tərəfi ilə razılaşma yolları axtarır və Netanyahunu da buna məcbur edir. Həmas ilə birbaşa danışıqların dəqiq vaxtı aydın olmasa da, Netanyahunun atəşkəs razılaşmasına və müharibəni davam etdirmək səylərinə çoxsaylı etirazlar səngimir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × one =