Əbu Übeydə: Razılaşmaya sadiqik, amma istənilən ehtimala da hazırıq

Qəssam Briqadalarının sözçüsü Fələstin xalqının dünyanın gözü qarşısında soyqırım və aclıqla üzləşdiyini vurğulayıb.
Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Əbu Übeydə dünən axşamkı (6 mart) çıxışında İsrail rejimini öhdəliklərini yerinə yetirmədiyinə görə tənqid edərək Qəzza xalqına qarşı hər hansı hücumların artmasının düşmən əsirlərinin ölümünə səbəb olacağı ilə bağlı xəbərdarlıq edib.
Əbu Übeydə çıxışında atəşkəs razılaşmasına riayət, vasitəçilərin öhdəliklərinə hörmət, fələstinli məhbuslara qarşı qəddar rəftar, israilli məhbusları qorumaq, düşmənin hədə-qorxu ilə öz məqsədlərinə çata bilməməsi, müharibə təhdidlərinin nəticəsi, hər ehtimala hazır olmaq kimi önəmli mövzular barədə izahat verərək deyib: Biz bütün ehtimallara hazırıq. Xalqımıza qarşı hər hansı bir hücumun şiddətlənməsi bir sıra düşmən əsirlərinin həlak olması ilə nəticələnəcək. Düşmənin müharibəyə qayıtmaq təhdidləri yalnız bu rejimin etimadını qırmağımıza səbəb olacaq.
Əbu Übeydə həmçinin çıxışının davamında Qəzzəyə dəstək və sionist düşmənə hücumların yenidən başlanması ilə bağlı mövqelərini təsdiqlədikləri üçün Yəməndəki qardaşlara salam və təşəkkürünü ifadə edərək Qərb sistemlərinin mövqeyini tənqid edib.