ABŞ nüvə enerjisi üçün 1 trilyon dollar ayırır

ABŞ nüvə enerjisi üçün 1 trilyon dollar ayırır

ABŞ-ın 2034-cü ilə qədər nüvə enerjisinin modernləşdirilməsinə 946 milyard dollar xərcləyəcəyi bildirilir.

ABŞ Konqresinin Büdcə Ofisinin (CBO) dərc etdiyi yeni hesabata əsasən, ölkənin mövcud nüvə hərbi potensialının saxlanılması və modernləşdirilməsi üçün 2034-cü ilə qədər ümumilikdə 946 milyard dollar xərclənəcəyi gözlənilir.

“ABŞ Nüvə Qüvvələrinin proqnozlaşdırılan xərcləri” başlıqlı hesabat Müdafiə və Enerji Departamentlərinin büdcə planlarına əsaslanır.

Nüvə xərclərinin 2025-2034-cü illər arasında ildə orta hesabla 95 milyard dollar olacağı bildirilərkən, mövcud arsenalın qorunması üçün 357 milyard dollar ayrılacaq.

Bundan əlavə, silah sistemlərinə 309 milyard dollar, komanda, idarəetmə, rabitə və erkən xəbərdarlıq sistemlərinə 79 milyard dollar, laboratoriya avadanlıqlarına isə 72 milyard dollar xərclənəcək.

Bildirilib ki, mümkün əlavə xərclər üçün 129 milyard dollar ayrılıb.

ABŞ-ın nüvə qüvvələrinə nüvə enerjisi ilə işləyən ballistik raket sualtı qayıqları, quruda yerləşən qitələrarası ballistik raketlər, uzun və qısa mənzilli bombardmançı təyyarələr və nüvə başlıqları daxildir.

2024-cü ilin yanvar məlumatlarına görə, dünyadakı cəmi 12121 nüvə başlığının 5044-ü ABŞ-a məxsusdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + 5 =