Bayramov: İndi hər şey İrəvanın addımından asılıdır

Bayramov: İndi hər şey İrəvanın addımından asılıdır

Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin razılaşdırılması hər iki tərəfin böyük səylərinin nəticəsidir.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “TRT World” telekanalına müsahibəsində bildirib ki, Azərbaycan və Ermənistan razılığa qədər çox böyük müzakirələr aparıb.

Onun sözlərinə görə, danışıqlar nəticəsində əsasən 12 sənəd layihəsi dəyişdirilib. Ancaq növbəti vacib addım bunları tamamlayacaq prosesin icrasıdır və indi hər şey Ermənistan tərəfinin addımından asılıdır.

Ceyhun Bayramov bununla əlaqədar Ermənistan tərəfini konstitusiya məsələsini süründürməkdə ittiham edib. “Bəzi vaxtlar biz görürük ki, onların məsul şəxsləri yeni konstitusiyanın qəbul ediləcəyi barədə açıqlamalar verirlər. Ancaq bununla belə nə kimi dəyişikliklərin olacağı, detallar bilinmir”, – deyə XİN rəhbəri qeyd edib.

Söhbətinin davamında Ceyhun Bayramov Azərbaycanla Ermənistan arasında qurulmuş birbaşa dialoqun vasitəçilərlə olandan daha əhəmiyyətli nəticələr verməsindən məmnunluq ifadə edib.Qarabağ məsələsinə gəlincə isə Azərbaycanın XİN başçısı bildirib ki, bu gün Ermənistan da daxil olmaqla, hər kəs Qarabağın de-yure və de-fakto Azərbaycana məxsus olduğunu qəbul edir, hətta açıq şəkildə elan edir. Bu o deməkdir ki, açıq qalan Qarabağ məsələsi yoxdur. “Belə olan təqdirdə ortaya sual çıxır ki, Ermənistan niyə hələ də Minsk Qrupunu saxlamaqda israr edir?”, – deyə o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − 2 =