Roma Papası son mənzilə yola salınacaq

Roma Papası son mənzilə yola salınacaq

266-cı Roma Papası Fransiskin (Xorxe Mario Berqolyo) dəfn mərasimi Vatikanda keçiriləcək.

Bu barədə “Report” Müqəddəs Taxtın Mətbuat xidmətinə istinadən xəbər verir.

Aprelin 21-də 88 yaşında vəfat edən Papanın meyiti olan tabut Müqəddəs Məryəm Kilsəsinə aparılacaq.

Üç gün ərzində Müqəddəs Pyotr Kilsəsinə Fransisklə vidalaşmağa 250 min insan gəlib. Ümumilikdə, Roma səlahiyyətlilərinin fikrincə, Vatikanda təhlükəsizliyi təmin edilməli olan dəfn mərasimində yarım milyona qədər insan toplana bilər. Meydanda ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melani də daxil olmaqla 80 dövlət və hökumət başçısı, Belçika, İordaniya, İspaniya kralları da daxil olmaqla 10 kral, həmçinin Konstantinopol patriarxı Varfolomey də daxil olmaqla dini nümayəndələr iştirak edəcəklər.

Mərasimə Böyük Britaniyadan şahzadə Uilyam gələcək. Rusiyanı mədəniyyət naziri Olga Lyubimova təmsil edəcək.

Dəfn mərasiminə kardinal kollegiyasının dekanı kardinal Covanni Battista Re rəhbərlik edəcək. Bir gün əvvəl tabutun bağlanması mərasimi olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 12 =