Suriya XİN başçısı Dəməşqə qarşı sanksiyaları Əsəd rejimi qurbanlarının cəzalandırılması adlandırıb

Suriya XİN başçısı Dəməşqə qarşı sanksiyaları Əsəd rejimi qurbanlarının cəzalandırılması adlandırıb

Hazırda Suriyaya qarşı tətbiq edilən sanksiyalar keçmiş Bəşər Əsəd rejiminin qurbanlarının cəzalandırılmasıdır.

“Report” xəbər verir ki, bunu Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Əş-Şibani bildirib, onun çıxışının videosunu SANA informasiya agentliyi yayımlayıb.

“Bu gün Suriyaya qarşı sanksiyalar keçmiş rejimin qurbanlarının cəzalandırılmasıdır. Biz onların ləğv edilməsinə çağırırıq”, – XİN başçısı Nyu-Yorkda BMT Baş Assambleyasının üzvləri qarşısında çıxışı zamanı söyləyib.

“Mövcud sanksiyalar Suriyanın yeni hökumətinin işinə mane olur, onlar gələcək münaqişələri qabaqlamaq qabiliyyətimizi zəiflədir”, – Əş-Şibani vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 4 =