İran Almaniya, Böyük Britaniya və Fransa ilə Romada görüşə razılıq verib

İran Almaniya, Böyük Britaniya və Fransa ilə Romada görüşə razılıq verib

İran “Avropa üçlüyü” ölkələrinin (Almaniya, Böyük Britaniya və Fransa) təklifini qəbul edib və onun nümayəndələri ilə görüşməyə razılıq verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün “Baghdad today” xəbər portalı məlumat yayıb.

İran XİN-dəki mənbə bildirib ki, Fransa, Britaniya və Almaniya Romada ABŞ tərəfi ilə dolayı danışıqlar ərəfəsində İran XİN nümayəndələri ilə görüş təşkil etməyi xahiş ediblər.

Qeyd edilib ki, Tehran bu təklifi təsdiqləyib və “Avropa üçlüyü”nə belə bir görüşün mayın 2-də, ABŞ ilə gözlənilən dördüncü məsləhətləşmə raundundan bir gün əvvəl keçirilə biləcəyini bildirib.

O həmçinin qeyd edib ki, Tehran və Vaşinqton Omanın vasitəçiliyi ilə Romada mayın 3-də İran nüvə dosyesi üzrə dolayı danışıqların dördüncü mərhələsinin keçirilməsi barədə razılığa gəliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + 15 =