Fransada iğtişaşlar başladı: saxlanılanlar var

Fransada iğtişaşlar başladı: saxlanılanlar var

Fransanın Nant şəhərində hüquq-mühafizə orqanları 1 May aksiyasında başlayan iğtişaşlar səbəbindən su şırnaqları və gözyaşardıcı qazdan istifadə ediblər.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Pei-de-la-Luar regionunun prefekturası sosial şəbəkələrdə məlumat yayıb.

“Nümayişçilər prefektura binasına ziyan vurub və hüquq-mühafizə orqanlarına əşyalar atıblar. Polis su şırnaqları və gözyaşardıcı qaz tətbiq edərək cavab verib”, – məlumatda bildirilib.

Həmçinin qeyd edilib ki, polis bir neçə nəfəri saxlayıb.

Bundan əlavə, Overn – Rona-Alp regionunun prefekturası Lionda polis və nümayişçilər arasında toqquşmaların baş verdiyini bildirib.

Prefekturanın məlumatına görə, Lionda 1 May nümayişində 6,5 min nəfər iştirak edib. Həmkarlar ittifaqları hesab edir ki, küçələrə 10 min nümayişçi çıxıb.

Aksiya zamanı üç nəfər saxlanılıb.

Qeyd edək ki, daha əvvəl Fransada 1 May nümayişlərində 150 min nəfərədək insanın iştirakının gözlənildiyi bildirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − 3 =