İsrail: Bu il müharibə ili olacaq

İşğalçı İsrail ordusu 2025-ci il boyu üzərində dayanacağı əsas mövzuları cümə günü açıqladı. Bu ilin müharibə ili olacağını bildirən ordu, Qəzza və İrana xüsusi önəm veriləcəyini bildirdi; O, həmçinin Livan və Suriya kimi digər cəbhələrdə əldə edilən “qazancların” qorunub saxlanılacağını və dərinləşəcəyini bildirib.
İsrail Yayım Korporasiyası (Kan), İsrail ordusunun 2025-ci il boyu hərbi əməliyyatlarını gücləndirəcəyini və bu dövrün “müharibə ili” olaraq təyin edildiyini açıqlayıb.
Açıqlamaya görə, Qəzza zolağı və İran əsas mərkəzlər olacağı halda, məqsəd Suriya və Livanda aparılan əməliyyatları dərinləşdirməkdir.
İsrail ordusunun rəsmi strategiya qiymətləndirməsində HƏMAS-ın ləğvi və israilli məhbusların geri qaytarılması “mənəvi və milli prioritet” kimi müəyyən edilərkən, Baş nazir Benyamin Netanyahunun “son məqsəd Həmas və İsrailin bütün düşmənləri üzərində qələbəyə nail olmaqdır” ifadələri diqqət çəkib.
İşğalçı İsrail qüvvələrinin rəsmiləri, “Müharibə zamanı strateji nailiyyətlər əldə etdik. Bu, həm regional təhlükəsizlik balansında, həm də İsrailin Yaxın Şərqdəki mövqeyində əhəmiyyətli bir dəyişiklik yaratdı. Ancaq hədəflərimizə çatana qədər şiddətli döyüşlər davam edəcək” dedi.