Fələstin Xalq Cəbhəsi: Sionistlərin cinayətinin davam etməsi bəşəriyyətin alnında ləkədir

 Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsi beynəlxalq ictimaiyyətin sionist rejimin cinayətlərinə biganə münasibətini tənqid edərək, bu cinayətlərin davam etməsini bəşəriyyətin alnındakı rüsvaylıq ləkəsi adlandırıb.

Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsi yaydığı bəyanatda bildirib ki, sionist düşmən son 24 saat ərzində dinc əhalini, bir restoranı, bazarı və köçkünlərin yerləşdiyi iki məktəbi hədəf alaraq ən dəhşətli soyqırımlarından birini həyata keçirib və bunun nəticəsində əksəriyyəti uşaq və qadın olmaqla onlarla günahsız dinc sakin şəhid olub.

Bəyanatda əlavə olunur: “Bu cinayətlərin davam etməsi səriştəsizlik və riyakarlıq bazarında öz vicdanını satmış və bu cinayətdə tam tərəfdaş rolunu qəbul etmiş beynəlxalq ictimaiyyətin tənəzzülündən xəbər verir.”

“Bu ardıcıl cinayətlər bütöv bir xalqı hədəf alan davam edən soyqırım və kütləvi qətllərdə yeni bir səhifədir və Amerika, onun Qərb tərəfdaşlarının birbaşa dəstəyi ilə bu xalqa qarşı hər cür qətl və aclıq, yandırılmış torpaq siyasəti və məhvetmə üsullarından istifadə edir” – deyə, Cəbhənin bəyanatında qeyd olunur.

Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsi həmçinin bütün ərəb xalqlarını və dünyanın azad insanlarını cinayətləri dayandırmaq, işğalçı rejimin cinayətlərini ifşa etmək və mühasirəni yarmaq üçün hərəkatları genişləndirməyə, xalq, siyasi və media təzyiqi və müqavimətini tətbiq etməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + five =