BƏƏ İsrail və Suriya arasında gizli danışıqlarda vasitəçi kimi çıxış edir

BƏƏ İsrail və Suriya arasında gizli danışıqlarda vasitəçi kimi çıxış edir

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrail və Suriya arasında artan gərginlik fonunda birbaşa olmayan əlaqələr üçün kommunikasiya kanalı yaradıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən bildirib.

Onların sözlərinə görə, danışıqlar təhlükəsizlik və kəşfiyyat məsələlərinə yönəlib, Suriya ilə İsrail arasında etimadın gücləndirilməsini hədəfləyir.

Qeyd olunub ki, kanal Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraanın aprelin 13-də BƏƏ-yə rəsmi səfərindən bir neçə gün sonra yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − two =