Yakutiyada Rusiya tarixinin ən iri zərgərlik almazı aşkarlandı

Yakutiyada Rusiya tarixinin ən iri zərgərlik almazı aşkarlandı

“Alrosa” şirkəti Yakutiyada Rusiya tarixində ən böyük qiymətli daş keyfiyyətində olan almaz hasil edib.

Bu barədə şirkət öz “Telegram” kanalında məlumat verib.

“Yakutiyada 468.30 karat ağırlığında və 56x54x22 mm ölçüdə bəzəkli kəhrəba rəngində kristal çıxarılıb”, – deyə məlumatda bildirilib.

“Alrosa”nın baş direktoru Pavel Marinıçevin sözlərinə görə, şirkət unikal almazın Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümündə tapılmasını simvolik hesab edir. Bununla əlaqədar olaraq almazın bu hadisənin şərəfinə adlandırılması qərara alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + five =