Pakistanın Baş naziri təcili iclas çağırıb

Pakistanın Baş naziri təcili iclas çağırıb

Pakistanın Baş naziri Şahbaz Şərif Milli Komandanlığın iclasını çağırıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, Milli Komandanlıq təhlükəsizlik məsələləri üzrə qərarlar qəbul edən mülki və hərbi vəzifəli şəxslərin ali orqanıdır.

Hindistan və Pakistan arasında münasibətlər aprel ayının sonunda gərginləşib. Mayın 10-na keçən gecə Hindistan Pakistanın aviabazalarına bir neçə raket zərbəsi endirib. Pakistan Silahlı Qüvvələrinin nümayəndəsi hücumu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb. Cavab olaraq Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + 2 =