Qətər Suriyada itkin düşən amerikalılar üçün addım atıb

Qətərdən olan nümayəndə heyəti 10 il əvvəl Suriyada İŞİD tərəfindən öldürülən amerikalı girovların qalıqlarını axtarmağa başlayıb. Mənbələrin Reuters-ə verdiyi məlumata görə, axtarış qrupları indiyədək üç nəfərin qalıqlarını tapıblar, lakin onların şəxsiyyətləri hələ müəyyən edilməyib.
Qətərdən gələn nümayəndə heyəti 10 il əvvəl Suriyada İŞİD tərəfindən öldürülən amerikalı girovların qalıqlarını axtarmağa başlayıb.
Məsələ ilə tanış olan mənbələr Reuters xəbər agentliyinə bildiriblər ki, axtarışlar çərşənbə günü başlayıb və amerikalılar da nümayəndə heyətini müşayiət edir.
Mənbələr, axtarış-xilasetmə əməliyyatlarını həyata keçirən Qətər Beynəlxalq Axtarış və Xilasetmə Qrupunun daha əvvəl Mərakeş və Türkiyədə zəlzələ bölgələrində xidmət etdiyini bildirdi.
Qrupun indiyədək üç nəfərin qalıqlarını tapdığı bildirilir.
Mənbələrdən biri tapılan qalıqların hələlik müəyyən edilmədiyini bildirib.
Başqa bir mənbə bildirib ki, missiyanın nə qədər davam edəcəyi bəlli deyil.